Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 26 aprel 2021 19:21 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 365 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 362, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 423 660, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 939 460, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 484 200 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR