Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 30 aprel 2021 18:50 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 639 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 311 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 488 218, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 966 132, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 522 086 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR