Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 04 may 2021 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 19 286 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 584 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 536 328, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 980 005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 556 323 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR