Azərbaycanda “İmmunlaşdırma həftəsi” başlayıb

Azərbaycanda “İmmunlaşdırma həftəsi” başlayıb
# 26 aprel 2021 11:01 (UTC +04:00)

Səhiyyə Nazirliyi respublikada “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə əmr imzalanıb.

Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Əmrdə Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə aprelin 26-sından mayın 2-dək ölkənin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili tapşırılır, digər tibb idarə və müəssisələrin rəhbərlərinə tövsiyə edilir.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR