Azərbaycanda "Vaxzevria” vaksini ilkin olaraq 60 yaşdan yuxarı şəxslərə vurulacaq

Azərbaycanda "Vaxzevria” vaksini ilkin olaraq 60 yaşdan yuxarı şəxslərə vurulacaq
# 30 aprel 2021 14:50 (UTC +04:00)

Azərbaycanda "Vaxzevria” vaksini (İstehsalçı şirkət “AstraZeneca“) ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə tətbiq olunacaq.

APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.

Qeyd edək ki, mayın 3-dən Azərbaycanda "Vaxzevria” vaksinin tətbiqinə başlanılır. “COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR