Azərbaycanda icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı açıqlanıb

Azərbaycanda icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı açıqlanıb
# 20 aprel 2021 17:08 (UTC +04:00)

Məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə hazırda ölkənin 50 şəhər və rayonunda 466 mərkəzdə 9373 uşağı əhatə edən 500 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib. Nazir qeyd edib ki, bu icma əsaslı qruplarda ümumilikdə 486 nəfər müəllim çalışır. Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk5il platforması yaradılıb. Layihə Heydər Əliyev Fondu, Avropa İttifaqı və UNİCEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR