Azərbaycanda kimyəvi silahın məhvi prosesinə nəzarət həyata keçiriləcək

#
# 12:56
28 aprel 2021

Azərbaycanda kimyəvi silahın məhv edilməsi prosesinə nəzarət ediləcək. 

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi Qaydası”nda əksini tapıb. 

Qaydaya əsasən, kimyəvi silahın məhv edilməsinə nəzarət Milli İnspeksiya Qrupu tərəfindən həyata keçiriləcək. 

Milli İnspeksiya Qrupu: 

- kimyəvi silahın məhv edilməsi ilə bağlı tələblərə riayət olunmasına nəzarət edir; 

- kimyəvi silahın məhv edildiyi obyektlərin təhlükəsizliyinə dair norma və qaydalarla, habelə bu obyektlərin texnoloji təchizatı, texniki və istismar sənədləri ilə tanış olur, ehtimal olunan riskləri qiymətləndirir, çatışmazlıqların aradan qaldırılmasını tələb edir; 

- kimyəvi silahın məhv edilməsi prosesinə cəlb edilməsi nəzərdə tutulmuş şəxslərin seçilməsinə, yoxlanılmasına və təlimatlandırılmasına nəzarəti həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR