Azərbaycanda son sutkada 2075 nəfər COVID-19-a yoluxub, 2 480 nəfər sağalıb, 32 nəfər vəfat edib

Azərbaycanda son sutkada 2075 nəfər COVID-19-a yoluxub, 2 480 nəfər sağalıb, 32 nəfər vəfat edib
# 21 aprel 2021 16:31 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 2 480 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 305 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4 235 nəfər vəfat edib, aktiv xəstə sayı 31 733 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 679, ötən müddət ərzində isə ümumilikdə 3 141 335 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR