Azərbaycanlı şagirdlər PIRLS 2021-in əsas mərhələsində iştirak edirlər

#
# 11:22
27 aprel 2021

 

Aprelin 27-dən Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən tədqiqatın pandemiya dövrünün qaydalarına uyğun olaraq həyata keçirilməsinə başlanılıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bütün ölkəni əhatə edəcək qiymətləndirmədə müxtəlif regionlar üzrə 200 məktəbdən təxminən 7000 şagirdin iştirakı nəzərdə tutulur. Qiymətləndirmə tədqiqatı üçün seçilmiş 254 sinifdən 120-si regionların payına düşür. Bu siniflərdən 201-i Azərbaycan, 53-ü isə rus bölməsi üzrədir.  

Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study) - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat IV sinif şagirdlərinin oxuyub anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən hər 5 ildən bir təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR