BŞTİ IX siniflər üzrə sınaq qiymətləndirmə keçirib

#
# 11:09
30 aprel 2021

Sınaq qiymətləndirmədə 30 730 şagird iştirak edib

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçirilib.

İdarədən APA-ya verilən xəbər görə, mövcud   epidemioloji   vəziyyətlə   əlaqədar   onlayn   şəkildə təşkil olunan qiymətləndirmədə 30 730 şagird iştirak edib. Sınaq qiymətləndirmə təlim dili, riyaziyyat və ingilis dili üzrə keçirilib.

Ümumilikdə   85   sualın   (təlim   dili   30,   riyaziyyat   25,   ingilis   dili   30   sual) cavablandırılması üçün şagirdlərə 3 saat vaxt verilib. Qiymətləndirmə   bitdikdən   sonra   şagirdlərin   topladığı   bal   ümumi   təhsil müəssisələrinə göndərilib.

Qeyd edək ki, sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR