Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ili üçün prioritetləri açıqlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ili üçün prioritetləri açıqlayıb
# 14 sentyabr 2020 16:44 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2020-2021-ci dərs ilinin prioritet istiqamətlərini açıqlayıb.

APA-nın xəbərinə görə, İdarənin müdiri Rəşad Tağıyev bildirib ki, 2020-2021-ci dərs ilində fəaliyyətləri mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, müvafiq vəzifələrin yerinə yetirilməsi, onların reallaşdırılması, məqsədyönlü təşkilati və əməli tədbirlərin həyata keçirilməsi istiqamətində qurulacaq: “Yeni dərs ilində tədrisin təşkili işinin səmərəliliyinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində rəqabətliliyin genişləndirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin möhkəmləndirilməsi üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş zəruri tədbirlərin reallaşdırılması, təhsil müəssisələrinin idarəetmə məsələlərinə xüsusi diqqət yetirilməsi, şagirdlərin təlim nailiyyətlərinin daha da yaxşılaşdırılması, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, istedadlı şagirdlərin stimullaşdırılması və digər bu kimi mühüm istiqamətlər əsas götürüləcək”.

R.Tağıyev qeyd edib ki, həmçinin kütləvi tədbirlərin maksimum məhdudlaşdırılması, təhsil müəssisələrində mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, fərdi gigiyena qaydalarına riayət edilməsi, xəstəliklərə qarşı qabaqlayıcı maarifləndirici tədbirlərin görülməsi sayəsində şagirdlərin xüsusi karantin qaydalarına daha diqqətli yanaşacağını düşünür: “İnanıram ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR