Bakıda I sinfə qəbul üzrə 25 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərəcək

Bakıda I sinfə qəbul üzrə 25 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərəcək
# 26 aprel 2021 14:40 (UTC +04:00)

"Bakıda I sinfə qəbul üzrə hər rayonda 2 və ya 3 olmaqla 25 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərəcək. Fiziki olaraq gələ bilməyən valideynlər üçün 4 Whatsapp nömrəsi vasitəsilə onlayn müraciətlər qəbul edəcəyik".

APA-nın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev bildirib.

O qeyd edib ki, bu gün Alternativ Qeydiyyat Mərkəzlərinin ünvanları barədə dəqiq məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR