Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib

Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib
# 27 fevral 2020 12:45 (UTC +04:00)

Fevralın 27-də Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib.

APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi tərəfindən “Könüllülər ili” çərçivəsində təşkil olunan forumda 42 ölkədən 80-ə yaxın nümayəndə heyəti iştirak edib.

Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, forumun məqsədi gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməkdir.

Onun sözlərinə görə, könüllülük hərəkatının 100 ildən artıq tarixi var: “İlk vaxtlar könüllülər əsasən, hərbçilərdən ibarət olub. Onlar daha çox xilasetmə və dəstək işlərinə cəlb olunurdular. Bu gün isə artıq könüllülük prinsipləri dəyişib. Artıq könüllülər sosial məsələlərə, idman, mədəniyyət, ətraf mühit və digər sahələrə cəlb edilir”.

Nazir Azərbaycanın könüllülük fəaliyyətini aktiv dəstəkləyən ölkələrdən biri olduğunu vurğulayıb: “Azərbaycanda 2009-cu ildə “Könüllülük haqqında” qanun qəbul edilib. Bu gün Azərbaycanda könüllülərin sayı sürətlə artır. Ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə könüllülər fəal şəkildə iştirak edib”.

Tədbir çıxışlarla davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR