Bakıda daha bir küçədə svetofor quraşdırılıb

#
# 10:33
27 aprel 2021

Paytaxtın küçə və prospektlərində piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, bu çərçivədə bir neçə təhsil müəssisəsinin yerləşdiyi R. Behbudov küçəsi 55 ünvanında mövcud eyni səviyyəli piyada keçidinin nizamlanması üçün svetofor obyekti quraşdırılıb. 

Nəticədə təhlükəsizlik səviyyəsi artırılıb, hərəkət növbəliliyi təmin edilib, əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR