Baş mama-ginekoloq: "Ölkədə erkən doğumların statistikası azalmağa doğru gedir”

Baş mama-ginekoloq: "Ölkədə erkən doğumların statistikası azalmağa doğru gedir”
# 05 may 2021 13:15 (UTC +04:00)

“Hamiləlikdə erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib. O bildirib ki, bu, gənc orqanizmin yetkin olmaması, bütün daxili orqanların yetişməməsi deməkdir: “Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır. Onlarda adətən doğuş baş verdikdə doğum travmaları, çanaqdibi əzələlərin yararsızlığı, azçəkili yetişməmiş uşaqların doğulması, qanaxmalar kimi fəsadlaşmalara rastlanır. Onu da qeyd edim ki, ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR