Bu gündən mayın 3-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

#
# 00:00
1 may 2021

Bu gündən mayın 3-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 1 may saat 00:00-dan 3 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR