Bu il ƏƏSMN-nin e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb

#
# 17:00
20 aprel 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2021-ci ilin birinci rübü ərzində 3,5 milyon müraciət qeydə alınıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, hazırda Nazirlik üzrə 103 xidmət e-platforma üzərindən göstərilir. Bu il ərzində qurumun fəaliyyət sahələri üzrə daha 50 xidmətin elektronlaşdırılması nəzərdə tutulur. Nəticədə Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi bu ilin sonuna 90%-ə çatacaq.

Eyni zamanda, “Virtual DOST mərkəzi” platformasının hazırlanması işləri də aparılır. Həmin e-platforma ölkəmizin istənilən yerində olan şəxsə hər hansı DOST mərkəzinə getmədən mobil aplikasiyalar vasitəsilə DOST xidmətlərindən faydalanmaq üçün müraciət imkanı yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR