Bu ilin ilk rübündə DSMF-dən elektron arayış alanların sayı açıqlanıb

Bu ilin ilk rübündə DSMF-dən elektron arayış alanların sayı açıqlanıb
# 30 aprel 2021 09:29 (UTC +04:00)

2021-ci ilin yanvar-mart aylarında DSMF-nin fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 7149 nəfər olub.

Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən məlumata görə, bu arayışların 3146-sı pensiya, 1894-ü müavinət və təqaüd, 866-sı fərdi şəxsi hesab, 496-sı ünvanlı dövlət sosial yardımı, 253-ü torpaq pay mülkiyyətçisi, 203-ü sosial sığorta şəhadətnaməsinin nömrəsi, 148-i şəhid ailəsi üzvü, 69-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 34-ü sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 35-i əlilliyi olan şəxslərə qulluq, 5-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR