COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti iyunun 1-dək uzadılıb

#
# 19:54
13 aprel 2021

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib. 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti  iyunun 1-dək uzadılıb. 

Bundan əvvəl bu müddət martın 31-dək olub. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR