Ceyhun Məmmədov: "Azərbaycanda donor orqanı çatışmazlığı maneə olaraq qalmaqdadır"

#
# 12:13
20 aprel 2021

“ÜST-ün məlumatlarına əsasən, dünyada yerinə yetirilən orqan transplantasiyaları mövcud tələbatın yalnız 10 faizini yerinə yetirir”. 

APA-nın məlumatına görə, bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov deyib. 

O bildirib ki, Azərbaycanda böyrək və qaraciyər transplantasiyaları həyata keçirilir: “Azərbaycanda donor orqanı çatışmazlığı, meyitdən orqanın köçürülə bilməməsi maneə olaraq qalmaqdadır. Böyrək, qaraciyər donor orqanları çatışmazlığı başlıca problemlərdən biridir”. 

C. Məmmədov qeyd edib ki, ÜST-ün məlumatlarına görə, dünyada böyrək transplantasiyalarının 36.2 faizi, qaraciyər transplantasiyalarının isə 19.2 faizi canlıdan canlıya köçürülür: “Heç bir ölkədə bu əməliyyatlara olan ehtiyac yalnız canlıdan canlıya orqan köçürülməsi ilə aparılmır. Donor çatışmazlığı ilə bağlı bizdə bir sıra orqan köçürmə əməliyyatları ümumiyyətləri aparılmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR