Dendrologiya İnstitutunun direktor müavini vəzifəsindən azad edilib

Dendrologiya İnstitutunun direktor müavini vəzifəsindən azad edilib
# 17 sentyabr 2020 15:42 (UTC +04:00)

Biologiya elmləri doktoru, dosent Zümrüd Məmmədovanın öz xahişi əsasında Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsindən azad edilməsi və biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın həmin institutun elmi katibi vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatətlər qaldırılacaq.

APA-nın xəbərinə görə, bu barədə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclasında qərar verilib.

Biologiya elmləri doktoru, professor Əliyar İbrahimov isə Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının müdiri vəzifəsinə təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR