Deputat: “İnsan alveri qurbanlarını sığınacaqlara yerləşdirməklə problem həll olunmur”

Deputat: “İnsan alveri qurbanlarını sığınacaqlara yerləşdirməklə problem həll olunmur”
# 23 aprel 2021 12:27 (UTC +04:00)

“Biz narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik. Çünki onların müalicəsi ilə bağlı infrastrukturu istədiyimiz səviyyədə qura bilmirik. Əksər hallarda məhkəmələr bu insanların həbsə getməsinə qərar verir və onlar orada daha çox insanı buna yoluxdurur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, ümumiyyətlə, istər insan alveri, istər narkomaniya, məcburi əmək, dilənçilik kimi problemlərdə sosial reabilitasiya gücləndirilməlidir: “Sığınacaqlara biz insan alveri qurbanlarını 2-3 ay yerləşdirməklə problemi həll etmiş olmuruq. Bu insanlar yenidən normal həyata qayıtmaqda çətinlik çəkirlər. Çox vaxt da yenidən həmin işə qayıdırlar. Bu, xüsusilə Azərbaycan cəmiyyətində belədir. Biz yeni fikirlər üzərində düşünməliyik. Bu insanların işə götürülməsi təşviq edilməlidir. Yataqxanalar tikilməlidir. Təhsil sistemindən başlayaraq, maarifləndirmə işini gücləndirməyə ehtiyac var. Bu istiqamətdə deputatların da təkliflərini dəyərləndirmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR