Deputat: “Prokurorluq orqanlarında işə qəbul qaydaları çox çətindir”

Deputat: “Prokurorluq orqanlarında işə qəbul qaydaları çox çətindir”
# 13 aprel 2021 13:52 (UTC +04:00)

“Azərbaycanda 8 istintaq orqanı var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu orqanlarında qanunlarına dəyişiklik etmək lazımdır: “Dəyişiklik olmalıdır ki, bu güzəştləri onlara da şamil edək. Sabah məhkəmələr də bu təşəbbüslə çıxış edəcək ki, hansısa cərimələrdən gəlirlərin bəzi hissəsi bizə gəlsin. Ümumiyyətlə, bundan imtina etmək lazımdır. Biz dövlət orqanlarını cərimələrin təyin olunmasına şirnikləndiririk. Bundan imtina edilməlidir”.

Deputat bildirib ki, Azərbaycanda prokurorluq orqanlarında qəbul qaydaları çox çətindir: “Avropa ölkələrində gənc hüquqşünasları prokurorluq orqanları ilə işləməyə dəvət edirlər. Amma bizdə o qədər mərhələlər var ki... Növbəti oxunuşlara qədər biz bu məsələni müzakirə etməliyik. Ümumiyyətlə, dövlət qulluğuna qəbul qaydaları da sadələşdirilməlidir. Test imtahanı verən şəxslər işə qəbul olunmalıdır. Bundan sonra olanlar süni əngəllərdir. Biz gənclərimizin işlə təmin olunmasını asanlaşdırmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR