Deputat: “Vətəndaşlardan təkrar pul yığılmasına son qoyulmalıdır”

Deputat: “Vətəndaşlardan təkrar pul yığılmasına son qoyulmalıdır”
# 04 may 2021 12:14 (UTC +04:00)

“Azərbaycanın vətəndaşları dövlətin idarəetmə xərclərini vergilərlə öz üzərinə götürüb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat təklif edib ki, vətəndaş hansısa sənəd üçün müraciət edəndə ondan rüsum ödəməsi istənilir: “Niyə vətəndaş adi vəsiqə almaq üçün 40 manat ödəməlidir?! Vətəndaş üzrsüz səbəbdən vəsiqə alırsa, yəni özü itiribsə, xarab edibsə, onda rüsum ödəsin. Ancaq dəyişdirilməsinin vaxtı çatıbsa, niyə pul ödəsin?! Onsuz da vətəndaş həmin qurumu saxlamaq üçün vergi ödəyir. Bu formada vətəndaşlardan təkrar pul yığılmasına son qoyulmalıdır”.

Deputat Əli Məsimli isə qeyd edib ki, bu məsələyə konseptual yanaşaraq, gələcəkdə buna hansısa formada baxmaq olar.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR