Donor müayinəsi, orqan köçürülməsi və tibbi yardımın maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirilib

Donor müayinəsi, orqan köçürülməsi və tibbi yardımın maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirilib
# 03 may 2021 14:16 (UTC +04:00)

Donor müayinəsi, orqan köçürülməsi və sonrakı tibbi yardımın maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirilib.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, qərara əsasən, sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər üçün donor müayinəsi, habelə orqan köçürülməsi və ondan irəli gələn sonrakı tibbi yardım icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edildiyi halda “Tibbi sığorta haqqında” qanununa uyğun olaraq xidmətlər zərfi çərçivəsində, bu nəzərdə tutulmayan hallarda isə orqan donorluğu və transplantasiyanın maliyyələşdirilməsi qanunla qadağan olunmayan mənbələr hesabına həyata keçiriləcək. Transplantasiya məqsədilə canlı və meyit donordan alınan orqan və toxumalar fərqləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR