ETSN: Xəzər hövzəsində nərə balıqlarının ehtiyatı ilə bağlı vəziyyət stabildir

ETSN: Xəzər hövzəsində nərə balıqlarının ehtiyatı ilə bağlı vəziyyət stabildir
# 27 aprel 2021 17:00 (UTC +04:00)

“Hazırda Xəzər dənizi hövzəsində nərə balıqlarının ehtiyatı ilə bağlı vəziyyət stabil və aşağıdır”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov deyib. O bildirib ki, bu tendensiya Xəzər dənizinin bütün akvatoriyalarında özünü büruzə verir: “90-cı illərin sonunda Xəzəryanı ölkələrdə ümumən 30 min ton balıq ovlanırdısa, bu rəqəm 2005-ci ildən sonra 1000 ton civarında olub. Sovet dövrü başa çatdıqdan sonra Xəzər dənizində daha çox qeyri-qanuni balıq ovu dövrü oldu. 2011-ci ildən isə nərə balıqlarının ovu ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilib”.

M. Axundov qeyd edib ki, hazırda Xəzər dənizi hövzələrində nərə balığının artırılması istiqamətində Xəzəryanı ölkələrdə balıqartırma zavodları fəaliyyət göstərir: “Əgər bu fəaliyyət olmasa idi, biz indi Xəzər dənizində nərə balıqlarının populyasiyasını təmin edə bilməzdik. Populyasiyanın demək olar ki, 99 faizi məhz nərə balıqartırma zavodunun fəaliyyəti ilə mümkün olur. Su elektrik bəndlərinin tikilməsi kürütökmə prosesinə də mənfi təsir göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR