Elsevər Ağayev: "Azərbaycanda apteklərin sayı 2900-ə çatıb"

#
# 15:44
23 aprel 2021

“Əgər 100 il əvvəl Azərbaycanda cəmi 50 aptek var idisə, indi onların sayı 2900-ə çatıb. Topdansatış müəssisələrinin sayı isə 100-dən çoxdur”.

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev “Əczaçılığın müasir problemləri” mövzusunda V Beynəlxalq Elmi Konqresdə deyib. 

O bildirib ki, yeni əczaçılıq müəssisələri də yaradılır: “Əgər 1998-ci ildə Azərbaycanda yalnız bir dərman istehsalı şirkəti var idisə, indi onların sayı dəfələrlə çoxdur. Hətta xarici ölkələrdən Azərbaycana dərman istehsalı sahəsində investisiya qoymaq istəyən şirkətlərin də marağı artır”. 

E. Ağayev qeyd edib ki, bu gün Səhiyyə Nazirliyi istehsalçıdan istehlakçıya kimi dərman vasitələrinin keyfiyyətinə və effektivliyinə nəzarəti həyata keçirir. Bu istiqamətdə işlər daim təkmilləşdirilir. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR