Emin Əmrullayev: "Məktəbəhazırlıq qruplarından 94 min şagird artıq I sinfə birbaşa yerləşdirilib"

Emin Əmrullayev: "Məktəbəhazırlıq qruplarından 94 min şagird artıq I sinfə birbaşa yerləşdirilib"
# 27 aprel 2021 22:39 (UTC +04:00)

"Bu gün birinci siniflərə qəbul prosesinə start verildi. Prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir. Belə ki, keçən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94.000 nəfəri artıq I sinfə birbaşa yerləşdirilib".

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazıb.

"Bütün valideynlər və qanuni nümayəndələr uşaqları sərbəst şəkildə www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Qəbulla bağlı hər hansı çətinliklə qarşılaşdıqda qeyd olunmuş “whatsapp” hesablarına və yerlərdə (Bakı şəhəri daxil olmaqla) fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR