FHN-in əməkdaşı daha bir uğura imza atıb

FHN-in əməkdaşı daha bir uğura imza atıb
# 14 sentyabr 2020 15:38 (UTC +04:00)

Sentyabrın 12-13-də Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə Bakı Su idman sarayında, açıq hava şəraitində Stronqmen güc yarışması üzrə Azərbaycan çempionatı keçirilib.

APA xəbər verir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışda qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 80 kq çəki dərəcəsində Stronqmen idman növü üzrə Log lift (Ağırlığı başın üzərinə qaldırmaq), Deadlift (Ağırlığı yerdən qaldırmaq) və 2 tondan çox ağırlığı olan maşını dartmaq hərəkətində 1-ci yerə layiq görülüb.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı üçqat Avropa və dördqat dünya çempionu, fəxri idman ustasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR