FHN-nin cənub bölgəsində müharibədən zərər çəkənlərə psixoloji yardımı davam edir

FHN-nin cənub bölgəsində müharibədən zərər çəkənlərə psixoloji yardımı davam edir
# 15 aprel 2021 12:19 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) cənub bölgəsində müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza yardımı davam etdirir.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, təxminən 2 həftə ərzində cənub bölgəsində 121 seans keçirilib, 150-yə yaxın müraciət olunub və 101 vətəndaş psixoloji yardım alıb. Müraciətlər əsasən Lənkəran, Masallı, Cəlilabad, Astara və Yardımlı rayonlarından olub.

Qeyd edək ki, həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar hər zaman ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunublar. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı daim diqqət mərkəzində saxlanılır.

Bu çərçivədə Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər. Belə ki, Bakı şəhəri ilə yanaşı, aprelin 5-dən etibarən respublikanın cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində, aprelin 12-dən etibarən isə şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılıb. Bundan əvvəl Gəncə və Bərdə şəhərlərində də FHN tərəfindən psixoloji yardım işi həyata keçirilib.

Qeyd edək ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR