Fuad Nağıyev: "Turizm sahəsində çalışanların sayında azalma olub"

Fuad Nağıyev: "Turizm sahəsində çalışanların sayında azalma olub"
# 09 aprel 2021 15:34 (UTC +04:00)

"Pandemiya bütün dünyaya böyük zərbə vurub. Ən böyük zərbə isə turizm sahəsinə dəyib".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

O deyib ki, turizm sahəsində çalışanların sayında azalma olub: "2019-cu ildə turizm sənayesində 80 min adam çalışırdı. Pandemiyaya görə onlar müxtəlif işlər axtarırlar, təbii ki, biz bunun qarşısını almaq istəyirik. Turizm çox gənc sahədir və burada gənclər çalışır. Ona görə bizim əsas vəzifəmiz odur ki, bu insanları turizm sahəsində saxlayaq və gələcəkdə də yeni kadrlar yetişdirək. Tezliklə yəqin ki, turizm sənayesi bərpa olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR