Gəncədə qanunsuz tikililərlə bağlı reydlər keçirilib

Gəncədə qanunsuz tikililərlə bağlı reydlər keçirilib
# 23 aprel 2021 16:29 (UTC +04:00)

Gəncədə qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərlə bağlı reydlər keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Nizami və Kəpəz Rayon icra hakimiyyətləri nümayəndələrinin müvafiq Rayon Polis Şöbələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər şəhərin Yeni Gəncə və Qaraməmmədli yaşayış massivlərini, Cavad xan və Məhsəti qəsəbələrini əhatə edib.

Reydlər zamanı torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən və layihə sənədləri olmadan tikinti aparan sakinlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokollar tərtib edilib. Həmçinin, onlarla maarifləndirici söhbətlər aparılaraq, qanunun tələbləri izah olunub.

Qeyd edək ki, bir həftəyə yaxındır davam edən reydlər zamanı 32 protokol tərtib edilib. Reydlər mütəmadi şəkildə davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR