Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub

Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
# 23 may 2020 12:30 (UTC +04:00)

Ölkənin Qərb və Şimal-qərb regionlarında 23-25 may tarixlərində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törədib, dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb, bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaradıb. “Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib.

Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal-material və texnika ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR