Hikmət Hacıyev: “Rusiyadan gələn vətəndaşlarımızın 20 faizində koronavirus aşkarlanır”

Hikmət Hacıyev: “Rusiyadan gələn vətəndaşlarımızın 20 faizində koronavirus aşkarlanır”
# 13 may 2020 17:57 (UTC +04:00)

“Son dövrlərdə Rusiyadan gələn vətəndaşlarımızın 20 faizində koronavrus aşkarlanır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, sonuncu dəfə Rusiyadan gələn 540 vətəndaşımızdan 8-10 nəfərində belə hal müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR