Həkim: “Azərbaycanda da virusa birinci dəfə yoluxanda yüngül, ikinci dəfə ağır keçirənlər var”

Həkim: “Azərbaycanda da virusa birinci dəfə yoluxanda yüngül, ikinci dəfə ağır keçirənlər var”
# 30 aprel 2021 15:39 (UTC +04:00)

“Koronavirusa təkrar yoluxmalar olub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov "Stasionar şəraitdə COVID-19" mövzusunda çıxışında deyib.

O, hətta koronavirusa 3 dəfə yoluxan insanı tanıdığını bildirib: “Heç kəs əvvəldən bilmir ki, koronavirusa ikinci dəfə yoluxan xəstəliyi necə keçirəcək? Burada təsir edən bir neçə amil var. Yoluxan zaman şəxsin ümumi vəziyyəti, immun sistemi, yanaşı xəstəliyinin olması, virus yükünün çox böyük önəmi var. Orqanizmə daxil olan virusun miqdarı nə qədər az olursa, xəstəlik yüngül keçir”.

Həkimin sözlərinə görə, dünya statistikasında xəstəliyə ilk dəfə yoluxub yüngül keçirən, ikinci dəfə yoluxanda isə koronavirusdan həyatını itirənlər var: “Azərbaycanda da virusa birinci dəfə yoluxanda yüngül, ikinci dəfə ağır keçirənlər var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR