Hövsanda piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb

Hövsanda piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb
# 30 aprel 2021 09:57 (UTC +04:00)

Hövsan qəsəbəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, İlqar Əhlimanov ilə Hafiz Quliyev küçələrinin kəsişməsində piyadaların təhlükəsizliyinin və nəqliyyat vasitələrinin növbəliliyin təmin edilməsi məqsədilə svetofor obyektləri quraşdırılıb.

Qeyd olunan ərazi sıx məskunlaşma zonası hesab edilir. Həmçinin, ətrafda 3 orta məktəb binası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölməsi yerləşir. Svetofor obyektlərinin quraşdırılması nəticəsində kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub, nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yerləşən məktəblər o cümlədən yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.

Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi, nizamlanan yolayrıcları və eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR