Hərarəti olan 2 şagird imtahana buraxılmayıb

Hərarəti olan 2 şagird imtahana buraxılmayıb
# 30 aprel 2021 15:28 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR