Hüququ pozulmuş pasiyentlərin müraciətlərinə artıq Səhiyyə Nazirliyi baxmayacaq

Hüququ pozulmuş pasiyentlərin müraciətlərinə artıq Səhiyyə Nazirliyi baxmayacaq
# 23 aprel 2021 13:31 (UTC +04:00)

Hüquqları pozulan pasiyentlərin müraciət edə biləcəyi qurumların siyahısına TƏBİB də əlavə olunub.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, hüququ pozulan pasiyentər artıq Səhiyyə Nazirliyinə müraciət etməyəcək.

Belə ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)- TƏBİB-ə və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə biləcək.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR