İdarə rəisi: "Əvvəl probasiya nəzarəti tətbiq edilən şəxsə yenidən bu nəzarət həyata keçirilə bilər"

İdarə rəisi: "Əvvəl probasiya nəzarəti tətbiq edilən şəxsə yenidən bu nəzarət həyata keçirilə bilər"
# 14 aprel 2021 12:12 (UTC +04:00)

“Əvvəllər probasiya nəzarəti icra edilən şəxsə növbəti dəfə probasiya nəzarətinin həyata keçirilməsi məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Burada təbii ki, törədilən əməlin ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti kimi hallara məhkəmədə hüquqi qiymət verilir”. 

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin “Facebook” səhifəsində keçirilən “Probasiya fəaliyyətində elektron nəzarət vasitələri” mövzusunda onlayn brifinqdə Probasiya xidmətinin Elektron monitorinq idarəsinin rəisi Nəvai Əlizadə bildirib. Onun sözlərinə görə, həmin şəxsə yenidən probasiya nəzarətinin tətbiqi mümkündür. 

N.Əlizadə, eyni zamanda qeyd edib ki, Nazirlər Kabinetinin məhkum edilmiş şəxslərə elektron nəzarət sistemlərinin siyahısı və tətbiqi qaydalarında izləmə və pozuntu aşkar ediləcək tədbirlər nəzərdə tutulub: “Probasiya nəzarəti tətbiq edilən şəxsin qayda pozuntusu aşkar edildikdə elektron monitorinq mərkəzi tərəfindən bununla bağlı xəbərdarlıq daxil olur. Aşkar edilmiş pozuntu ilə bağlı məsul növbətçi dispetçer iş aparır. İlk 15 dəqiqə ərzində pozuntunun aradan qaldırılması ilə bağlı nəzarət subyektinə bildirişlər göndərilir. Pozuntu aradan qaldırılmadıqda növbəti 60 dəqiqə ərzində hər 5 dəqiqədən bir nəzarət subyekti ilə əlaqə saxlanılır. Pozuntu aradan qaldırılmadıqda bu barədə icra məmuruna dərhal məlumat verilir”. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR