İyul ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb

İyul ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb
# 22 iyul 2020 19:36 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, qeyd edilən sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Bundan əvvəl iyulun 15-dək isə bu ayın bütün pensiyaları, o cümlədən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiyaları ödənilib.

Pensiya vəsaitləri kimi, müavinət, təqaüd və kompensasiyalarını da vətəndaşlar istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur.

Yaxın günlərdə isə iyul ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR