Jurnalistlər Hadrutda olublar, yaşı 900-dən artıq olan Şərq çinarına baxıblar - FOTO

Jurnalistlər Hadrutda olublar, yaşı 900-dən artıq olan Şərq çinarına baxıblar - FOTO
# 28 aprel 2021 20:06 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Xocavənd rayonun Hadrut qəsəbəsini ziyarət ediblər.

APA-nın Xocavəndə ezam olunan müxbiri məlumat verir ki, jurnalistlər burada olan şəraitlə tanış olub, yaşı 900 dən çox Şərq çinarına baxış keçiriblər.

Jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdüri Mehman Nəbiyev bildirib ki, Hadrut qəsəbəsində təbiət abidəsi kimi qeydə alınan 900 yaşlı Şərq çinarı ermənilər tərəfindən məhv edilməyib:

"Diametri 450 santimetr hündürlüyü 40 metr Xocavənddə bu cür 12 təbiət abidəsi var ki, onlardan 7-si Şərq çinarıdır. Bu təbiət abidələri Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Monitorinq aparılan ərazilərdə 3 belə Şərq Çinarın kəsilmədən saxlanıldığı aşkarlanıb. Əvvəlki ekspedisiyalardan məlum olub ki, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında təbiət abidəsi kimi qeydə alınan 138 təbiət abidəsindən 123-ü kəsilib. Onlardan da 117-si Şərq çinarıdır. Həmin rayonlarda olan təbiət abidələrinin demək olar ki hamısı kəsilib, yandırılaraq məhv edilib. Hadrudda olan 3 Şərq çinarı isə turistləri cəlb etmək üçün qorunub saxlanılıb. Bu onu deməyə əsas verir ki ermənilər Hadrud qəsəbəsində yaşadıqları üçün buradakı təbiət abidələrindən turistik məqsədlərlə istifadə edib və məhv etməyiblər. Yaşamadıqları ərazilərdə isə hətta yaşı 1400-dən artıq, hətta 2000 ilə yaxın yaşı olan təbiət abidələrini məhv edib. Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli rayonlarında olan tarixi abidələrin isə yalnız pöhrələri qalıb. Burda məqsəd mənfur düşmənin həmin ərazilərdə Azərbaycanlıların izlərini silmək olub. Ona görə də həmin ərazilərdə olan abidələri məhv ediblər".

Qeyd edək ki, bununla da jurnalistlərin Füzuli və Xocavənd rayonlarına səfəri başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR