Karantin rejimi dövründə təhsil müəssisələrinə giriş-çıxış üzrə tələblər müəyyənləşib

Karantin rejimi dövründə təhsil müəssisələrinə giriş-çıxış üzrə tələblər müəyyənləşib
# 10 sentyabr 2020 22:11 (UTC +04:00)

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər müəyyənləşib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda məlumat verilib.

Qaydalarda qeyd edilib ki, təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların müəssisəyə daxil olmasına yol verilmir.

Təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin edilir.

Təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsilalanlar, təhsilverənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunur və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnir. Təhsil müəssisəsinin girişi və çıxışı üçün nəzərdə tutulmuş ərazilər spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrlə təmin edilir.

Təhsil müəssisəsinə bu Qaydalarla tibbi maska taxma tələbi qoyulan şəxslərin maskasız daxil olması qadağandır.

Məktəbəqədər və icma əsaslı məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrinin ibtidai və məktəbəhazırlıq qruplarında təhsilalanların müəssisəni sinif müəlliminin nəzarəti altında tərk etməsi təmin edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR