Magistraturaya qəbul üzrə müsabiqə şərtləri açıqlanıb

Magistraturaya qəbul üzrə müsabiqə şərtləri açıqlanıb
# 29 aprel 2021 17:39 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul üzrə müsabiqə şərtlərini açıqlayıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, qəbul imtahanındakı bəzi ixtisaslaşmalar üçün həmçinin qabiliyyət imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunan müddətdə aparılır. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).

İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.

Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın qəbul imtahanında ingilis (alman) dilindən topladığı bal 20‐dən, ödənişli yerlərini seçmək üçün isə 15‐dən az olmamalıdır.

Magistratura üzrə ixtisaslar qrupunun (ixtisasın) adı**

İmtahanın nəticəsinə qoyulan minimal tələblər***

Fənlər üzrə minimal tələb

İmtahan üzrə minimal bal

Fənnin adı

Minimal bal

Təhsil ixtisasları qrupu

Texniki və texnoloji ixtisaslar qrupu

Səhiyyə, rifah və xidmət ixtisasları qrupu (Bədən tərbiyəsi və idman ixtisasından başqa)

Ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür)

15

40 bal

İnformatika

5

Xarici dil

5

Humanitar və sosial ixtisaslar qrupu*

Ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür)

15

50 bal

İnformatika

5

Xarici dil

5

Təbiət ixtisasları qrupu

İqtisadiyyat və idarəetmə ixtisasları qrupu

Ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür)

15

45 bal

İnformatika

5

Xarici dil

5

Mədəniyyət və incəsənət ixtisasları qrupu* Kənd təsərrüfatı ixtisasları qrupu

Xüsusi təyinatlı ixtisaslar qrupu Bədən tərbiyəsi və idman ixtisası

Ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür)

10

30 bal

İnformatika

5

Xarici dil

5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR