Martda boşanmaq istəyən 30 cütlük barışdırılıb

#
# 16:06
12 aprel 2021

Ötən ay 30 cütlük nikahın pozulmasından imtina edib. 

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci ilin fevral ayında nikahın pozulması üçün müraciət etmiş şəxslərlə psixoloqların apardığı söhbət nəticəsində nikahın pozulmasının təyin edildiyi mart ayı ərzində 60 nəfər (30 cütlük) nikahın pozulması fikrindən daşınıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR