Meyit orqan və toxumalarının saxlanılması ilə məşğul olan işçilərə əlavə məzuniyyət veriləcək

Meyit orqan və toxumalarının saxlanılması ilə məşğul olan işçilərə əlavə məzuniyyət veriləcək
# 03 may 2021 13:21 (UTC +04:00)

Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısına dəyişiklik edilib. 

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, meyit qanının tədarükü, konservasiyası, orqan və toxumalarının hazırlanması və saxlanması ilə məşğul olan laboratoriyaların, şöbələrin və bölmələrin işçilərinə 6 gün əlavə məzuniyyət veriləcək. 

 Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR