Milli Koordinator: “Koronavirus əleyhinə tədbirlər insan alverinə qarşı mübarizəyə də təsir göstərib”

Milli Koordinator: “Koronavirus əleyhinə tədbirlər insan alverinə qarşı mübarizəyə də təsir göstərib”
# 23 aprel 2021 11:37 (UTC +04:00)

“Vətən müharibəsində şanlı qələbə ilə yadda qalan 2020-ci ildə də insan alverinə qarşı mübarizə bir an belə səngiməyib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.

S. Əzimov bildirib ki, pandemiya paralel olaraq cinayətkar qruplar üçün imkanlar açıb: “Dünyada məcburi əmək, insan alveri kimi cinayətlər xeyli artıb. Koronavirus infeksiyasına qarşı ölkədə tətbiq edilən tədbirlər insan alverinə qarşı mübarizəyə də təsir göstərib. Bununla belə, insan alverinə qarşı fəaliyyət daim diqqət mərkəzində olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR