Mingəçevir Təcili yardım stansiyasına baş həkim təyin olunub

Mingəçevir Təcili yardım stansiyasına baş həkim təyin olunub
# 27 aprel 2021 08:50 (UTC +04:00)

Mingəçevir Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsinə yeni təyinat olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu vəzifəyə Allahverdi Alıyev təyin edilib.

Qeyd edək ki, o, bu vəzifədə bir neçə gün əvvəl işindən azad olunan Məzahir Yusifovu əvəz edib.

Məlumat üçün bildirək ki A.Alıyev Mingəçevir, həmçinin, şəhər Mərkəzi Xəstəxanasının Səhiyyə Həmkarlar Şurasına rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR