Mingəçevirdən Ağdama 13400 məcburi köçkün qayıdacaq

Mingəçevirdən Ağdama 13400 məcburi köçkün qayıdacaq
# 20 noyabr 2020 15:47 (UTC +04:00)

Mingəçevirdə 13400 nəfər ağdamlı məcburi köçkün məskunlaşıb.

Ağdam Rayon İcra Hakimiyyətinin Mingəçevir üzrə səlahiyyətli nümayəndəsi Rafiq Muxtarov APA-ın Mingəçevir bürosuna bildirib ki, ağdamlı məcburi köçkünlərin əksəriyyəti şəhərdə inşa olunmuş yeni müasir şəhərciklərdə yerləşdirilib. Onlar burada 14 orta ümumtəhsil, 1 musiqi məktəbi, də 3 tibb məntəqəsi ilə təmin olub.

“Şəhərdə məskunlaşmış ağdamlılar doğma torpaqlarına dönməyi səbirsizliklə gözləyirlər. 3500 ailədən ibarət ağdamlı məcburi köçkünün hamısı evlərinə qayıdacaqlarını bildirir”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR