Məktəbəhazırlıq qruplarına qeydiyyatın iyun–iyul aylarında olacağı gözlənilir

Məktəbəhazırlıq qruplarına qeydiyyatın iyun–iyul aylarında olacağı gözlənilir
# 26 aprel 2021 14:53 (UTC +04:00)

“Məktəbəhazırlıq qruplarına qeydiyyatla bağlı günlər tam dəqiqləşməyib”.

APA-nın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib. Onun sözlərinə görə, ona görə bu haqda hələ ki, danışmaq tezdir: “Amma iyun–iyul aylarında qeydiyyat olacağı gözlənilir. Pandemiya ilə əlaqədar vaxt dəyişdirilə bilər, dəqiq qrafik məlum olduqda bu barədə məlumat veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR