Məleykə Abbaszadə: "DİM-in ən ümdə fəaliyyət prinsipi şəffaflıqdır"

Məleykə Abbaszadə: "DİM-in ən ümdə fəaliyyət prinsipi şəffaflıqdır"
# 09 aprel 2021 14:43 (UTC +04:00)

"Dövlət İmtahan Mərkəzinin ən ümdə fəaliyyət prinsipi şəffaflıqdır. Mərkəz tələbə qəbulu və dövlət qulluğuna qəbul kampaniyasının bütün mərhələlərində ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə, ictimaiyyətin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə böyük önəm verib".

APA-nın məlumatına görə, bu barədə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Mərkəzin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində bildirilib.

O bildirib ki, imtahanların məzmunu həmişə açıq olub: "Qəbul kampaniyasının bütün gedişinin və ayrı-ayrı mərhələlərinin ardıcıl olaraq internetdə, “Abituriyent” jurnalı və digər kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilib.

Dövlət İmtahan Mərkəzinin üzərinə düşən vəzifə öhdəliklərinin yerinə yetirilməsi hər il yüz minlərlə insanın bu və ya digər şəkildə kütləvi proseslərə cəlb edilməsi ilə müşayiət olunur və Mərkəz tərəfindən bu kampaniyaların ən yüksək səviyyədə idarə olunması üçün lazımi addımlar atılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR